Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Toğanalı-Kəlbəcər yolundan bütün il boyu istifadə etmək mümkün olacaq

Bu il yanvarın 7-də Alban-Udi xriristian dini icmasının milad bayramı ilə əlaqədar olaraq uzun illərdən sonra ilk dəfə Kəlbəcər rayonunda yerləşən Xudavəng monastırında ibadət etmələri üçün Kəlbəcər rayonundakı Xudavəng Monastır Kompleksinə və əksinə gedişi də, məhz bu yolla - Toğanalı- Ömər aşırımı-Kəlbəcər avtomobil yolu ilə təmin edilib.

Yenixeber.org: Bunu keçirdiyi mətbuat konfrasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəis müavini Hidayət Rüstəmov bildirib.

Onun sözlərinə görə, sözügedən yolun II texniki dərəcəyə uyğun yenidən qurulması üçün layihə sənədləri hazırlanır və Murov dağının altından uzunluğu (11.7 x 2 ) 23.4 km təşkil edəcək avtomobil tunelinin tikilməsi də nəzərdə tutulur: “Bu imkan verəcək ki, Toğanalı-Kəlbəcər avtomobil yolundan bütün il boyu fasiləsiz və təhlükəsiz istifadə edilsin”.

O, həmçinin qeyd edib ki, digər obyektlərdə də layihələndirmə işləri ilə paralel olaraq, minadan təmizləməklə tikinti işləri davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam