Redaktor seçimi
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Günün xəbəri

Bu ölkə Türkiyəyə 4 helikopter və elit heyət göndərdi- FOTOLAR

 

Ukrayna Türkiyəyə 4 helikopter və elit heyət göndərdi-   FOTOLAR
Ukrayna Türkiyədəki genişmiqyaslı meşə yanğınları ilə mübarizə üçün dörd vertolyot göndərib. 
Yenixeber.org: Bu barədə Ukrayna mediası məlumat yayıb.
Qeyd edilir ki, Kiyev hazırda qarşısı alınmaz hala gələn yanğınlarla mübarizə aparan Türkiyəyə ən yaxşı pilot və xüsusi elit heyəti göndərib. Onlar dağlıq şəraitdə yanğınlarla mübarizə aparmaqda bənzərsiz bir təcrübəyə malikdirlər:

"Ekipaj vertolyotları ilə dərhal ölkənin cənub və cənub-qərbində tüğyan edən meşə yanğınlarına qarşı mübarizə əməliyyatlarına qoşulub. Türkiyəyə gələn dörd vertolyotdan ibarət xüsusi heyət, istənilən hava şəraitində, gecə və gündüz çalışa bilir, axtarış tədbirləri, yanğınların söndürülməsi üçün tapşırıqları uğurla yerinə yetirirlər ",- Ukraynanın Türkiyədəki səfirliyindən verilən məlumatda bildirilib.


Helikopterlər İspartadakı hava limanında yerləşdiriliblər. Onlar özəl səhmdar cəmiyyət olan "Ukrayna Helikopterləri" aviaşirkətinə məxsusdur. Çoxməqsədli modernləşdirilmiş bu Mi-8-lər humanitar missiya yerinə yetirdiklərinə görə Türkiyəyə pulsuz gəliblər. "Ukrayna Helikopterləri" Avropa ölkələrinin aviaşirkətləri arasında dağlıq şəraitdə əməliyyatlar və xüsusi yanğın söndürmə əməliyyatları həyata keçirmək üçün icazəsi olan ilk şirkətdir.


Türkiyədə fəaliyyət göstərəcək Mi-8-lərdən biri yanğınsöndürmə əməliyyatları ilə yanaşı, ağır yanıqlar, müxtəlif xəsarətlər alan yaralılara yüksək səviyyədə yardım göstərmək üçün geniş imkanlara malikdir. Helikopter aerotibbi tədbirlər, reanimasiya evakuasiyaları həyata keçirə bilir. Hazırda bütün helikopterlər yanğınsöndürmə əməliyyatlarına cəlb olunublar.



Xatırladaq ki, iyulun 30 -dan etibarən Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin iki yanğınsöndürən təyyarəsi də Türkiyədədir.
Qeyd edək ki, iyulun 28-də Türkiyənin Antalya vilayətinin Manavqat bölgəsində irimiqyaslı meşə yanğınları başladı. Yanğın yüzlərlə hektar meşəni məhv edərək bir sıra yaşayış məntəqələrinin boşaldılmasına səbəb oldu. Ümumilikdə isə Türkiyənin cənub və cənub-qərb zonalarında genişmiqyaslı yanğınlar baş verir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam