Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Zabit: -“Hərbi Dəniz Qüvvələri Azərbaycanın su məkanının daimi müdafiəsinə cavabdehdir”

 

“Hərbi Dəniz Qüvvələri Xəzər dənizində Azərbaycanın daimi müdafiəsinə cavabdehdir. Bu və ya digər təhdid, hücum, təhlükə yarandıqda onun qarşısını alır. Həmçinin hərbi donanmamız Xəzər dənizi ərazisindən keçən kəmərin təhlükəsizliyinə də nəzarət edir”.

Yenixeber.org: Bu fikirləri Hərbi Dəniz Qüvvələrinin zabiti Kamil Məmmədov 5 avqust - Hərbi Donanma Günü ilə bağlı danışarkən bildirib.

O, Hərbi Dəniz Qüvvələrinin şəxsi heyətinin 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətlərdən də danışıb: "Hərbi Dəniz Qüvvələrinin Vətən müharibəsində uğurla iştirak edən hərbi qulluqçuları hazırda öz xidməti vəzifələrinin icrasını davam etdirirlər".

K.Məmmədov deyib ki, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunları Hərbi Dəniz Qüvvələrində vəzifələrə təyin olunur: "Məzunlar dərhal hərbi donanmada xidmətə başlayırlar: Hərbi dəniz fakültəsində təhsil alanların sayı tələbata uyğun olduğundan onların müvafiq vəzifələrə təyin edilməsi prosesində çətinlik çəkmirik. Onlar 4 il təhsil aldıqdan sonra Hərbi Dəniz Qüvvələrinin tərkibində zabit kimi xidmətlərini davam edirlər”.

Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin 1996-cı ildə imzaladığı fərmana əsasən hər il avqustun 5-i Azərbaycanda Hərbi Donanma Günü kimi qeyd olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam