Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Məşhur həkimdən bədbin proqnoz: - “Yoluxma sayı artacaq”

Məşhur həkimdən bədbin proqnoz:  “Yoluxma sayı artacaq”

Ölkəmizdə koronavirusa yoluxanların sayı bir neçə ay öncə azalsa da, artıq yenidən artım müşahidə olunmağa başlayıb. Yeni yoluxanların sayı getdikcə üç sıfırlı rəqəmə yaxınlaşır. Cəmiyyətdə yenidən sərt karantin tədbirlərinin tətbiq olunacağı və hətta qapanma qorxusu var. Ortaya həm də məntiqli sual çıxır: Ölkə əhalisinin təxminən yarısı peyvəndlənibsə, yoluxma niyə artır?

Yenixeber.org: Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov əvvəlcə koronavirusun süni yaradıldığını vurğulayıb:

“Koronavirus süni yaradılmış bir virusdur. İngiltərənin kraliçası Elizabet hələ 2 il öncə koronavirusun 5 mərhələsinin olacağını və həmin mərhələdən sonra bitəcəyi xəbərdarlığı edib”.

Rəşid Mahmudovun sözlərinə görə, virus “planlı şəkildə” yayılır:

“Hazırda pandemiyanın 4-cü dalğasını yaşayırıq. Bu dövrdə virusun “Delta” növü geniş yayılır. Əslində, virus 5-10 dəqiqədən artıq yaşaya bilməz. Amma koronavirus xarici mühitdə saatlarla, sutkalarla qala bilir. Ona görə də, yayılma genişdir”.

Həkim peyvəndlərin heç bir təsiri olmadığını söyləyib:

“Vaksinasiya prosesi əvvəlki koronavirusa qarşı yaradılmış peyvəndlərlə aparılır. Buna görə də, təsirsizdir. Koronavirusun “Delta” növündə yoluxanlar xəstəliyi o qədər də ağır keçirmir. Virusun bu növündə ölüm faizi az, yoluxma sayı çox olacaq.Bundan qorxmaq lazım deyil”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam