Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İntizam komissiyası polisi döyən deputatla bağlı rəyi yekdilliklə qəbul edib -SİYAHI

İntizam komissiyası polisi döyən deputatla bağlı rəyi yekdilliklə qəbul edib - SİYAHI

Milli Məclisin İntizam komissiyasının bu gün keçirilən iclasında deputat Eldəniz Səlimov çıxış edib.

Yenixeber.org: Toplantıda deputat etdiyi əməli etiraf edərək həmkarlarından üzr istəyib.

E.Səlimov toplantıda çıxışı zamanı uzun müddət Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olduğunu və dövlətə xidmət etdiyini qeyd edib.

Sonda komissiya üzvlərinin hamısı (11 nəfər) Baş prokuror Kamran Əliyevin “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” parlamentə göndərdiyi təqdimatın lehinə səs veriblər. Bununla da komissiya deputat E.Səlimovun toxunulmazlığına xitam verilməsi barədə rəy qəbul edib.

Məsələ müzakirələrdən sonra parlamentin sabah - avqustun 3-də keçiriləcək plenar iclasına tövsiyə olunub.

Milli Məclisin İntizam komissiyasının tərkibi aşağıdakı kimidir:

1. İbrahimov Eldar Rza oğlu - sədr;

2. Ağamalı Fəzail Rəhim oğlu - sədr müavini;

3. Həsənov Nurlan Urfan oğlu - katib;

4. İbrahimqızı Məlahət İbrahim qızı;

5. Həsənova Afət Əbil qızı;

6. Məhəməliyev Nəsib Məhəmməd oğlu;

7. Məmmədov Hikmət Baba oğlu;

8. Məmmədov Məşhur Şahbaz oğlu;

9. Möhbalıyev Səttar Suliddin oğlu;

10. Musayev Madər Əliəsgər oğlu;

11. Səfərov Nizami Abdulla oğlu.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam