Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

BAŞ QƏRARGAHA TƏYİNAT GÖZLƏNİLİR –Döyüş generalı Kərim Vəliyev...

Azərbaycan Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsinə təyinat gözlənilir.

Yenixeber.org: Bu barədə bu gün səhər saatlarından başlayaraq, çoxsaylı mənbələr xəbər verir.

Bir sıra hərbi mənbələrin də təsdiqlədiyi kimi, bu vəzifəyə hazırda Müdafiə nazirinin müavini vəzifəsini tutan general-leytenant Kərim Vəliyev təyin olunacaq. K.Vəliyev Baş Qərargah rəisi vəzifəsinə əsas namizədlərdən biri hesab olunurdu.

Xatırladaq ki, 44 günlük Vətən müharibəsinin ilk günlərində Nəcməddin Sadıkov gözlənilmədən Baş Qərargah rəisi vəzifəsindən uzaqlaşdırılmışdı. Maraqlıdır ki, Baş Qərargaha yeni rəis təyinatı xəbəri ilə təxminən eyni vaxtda sosial şəbəkələrdə Nəcməddin Sadıkovun ölüm xəbəri də yayıldı. Bu xəbəri elə N.Sadıkov özü də təkzib etdi.

General-leytenant K.Vəliyev milli general korpusunun ən parlaq nümayəndələrindən biridir. O, həm Milli Ordunun şəxsi heyəti, həm də Azərbaycan cəmiyyəti arasında rəğbət duyulan generallardandır. 44 günlük Vətən müharibəsini döyüş meydanlarında keçirən K.Vəliyevin Baş Qərargah rəisi vəzifəsinə təyin olunması xəbəri də sosial şəbəkələrdə rəğbətlə qarşılanıb. Lakin bu xəbər hələ ki, rəsmi təsdiqini tapmayıb.

 

“azpolitika”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam