Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Aİ-nin yetkin əhalisinin yarıdan çoxu peyvənd olunub

Koronavirus infeksiyasına qarşı iki doza peyvəndlə aşılanan Avropa İttifaqı (Aİ) ölkələri sakinlərinin sayı 187,7 milyona çatır ki, bu da yetkin əhalinin (18 yaşdan yuxarı) 51,3%-ni təşkil edir.

Yenixeber.org: Bu məlumatlar Avropa Xəstəliklərin Profilaktikası və İdarəetməsi Mərkəzinin rəsmi saytında yerləşdirilib.

COVID-19-a qarşı tam aşılanan sakinlərin payı baxımından Aİ ölkələri arasında birinci yeri Malta tutur: ada ölkəsinin ərazisində yaşayan insanların 83,6% iki doza peyvənd qəbul edib. İlk üçlükdə həmçinin Macarıstan (65,1%) və İrlandiya (64,8%) da var. Eyni zamanda Aİ-yə üzv olmayan Avropa ölkələri arasında lider İslandiyadır (82,6%).

Aİ ölkələrinin 246,3 milyon sakini və ya yetkin əhalisinin 67,3%-i bir doza peyvəndi qəbul edib. Bu baxımdan liderlər Belçika (84,6%), Malta (83,1%) və Niderlanddır (82,9%).

İyulun 10-da Avropa Komissiyasının sədri Ursula von der Lyayen Aİ ölkələrinin iyul ayının sonuna qədər yetkin əhalinin ən azı 70%-ni tam aşılamaq üçün kifayət qədər dozada peyvənd aldıqlarını açıqlayıb. Yetkinlərlə paralel olaraq, Aİ-də uşaq və yeniyetmələrin də immunizasiyasına başlanılıb.(TASS)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam