Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

FHN Ağdamda Xaçınçay su anbarının ətrafının -minalardan təmizlənməsini həyata keçirir

FHN Ağdamda Xaçınçay su anbarının ətrafının minalardan təmizlənməsini həyata keçirir

 

Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə bir qrup jurnalist Ağdamda Qızıl Kəngərli kəndində, Xaçınçay su anbarı və ondan ayrılan beton kanalın ətrafının minalardan təmizlənməsi prosesi ilə tanış olur.

Yenixeber.org: FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin minatəmizləmə qrupunun komandiri, baş leytenant Süleyman Heydərov bildirib ki, digər dövlət qurumları ilə yanaşı, FHN-in qüvvə və vasitələri də işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə işlərinə cəlb edilib. Tapşırıqların icrası məqsədilə Xidmətin istehkam və pirotexnik bölmələrinin şəxsi heyətindən ibarət minatəmizləmə qrupları formalaşdırılıb.

Həmin qruplar Mülki Müdafiə Qoşunlarının tibbi təxliyə qrupları ilə birgə bölgəyə ezam ediliblər. Minatəmizləmə qrupları Türkiyədə müvafiq kurslar keçib və beynəlxalq sertifikatlarla təmin ediliblər.

S. Heydərov deyib ki, ilkin tapşırığa əsasən, Ağdamda Xaçınçay su anbarının ətraf ərazisi və anbardan ayrılan beton suvarma kanalının sağ-sol sahili təmizlənməlidir: “Qruplar hazırda bu təmizlənmə işlərini həyata keçirir. Tapşırıqların icrası dövründə ərazidə minaya rast gəlinməsə də, mina qədər təhlükəli gücə malik partlamamış hərbi sursatla tapılıb və müvafiq tədbirlər görülüb. Eyni zamanda aviabombalar vasitəsilə atılan bombacıqlara da rast gəlinib. Bunlar tennis topları boydadır və ərazidə olanların diqqətini cəlb edə bilər.

Buna görə də hər kəsə çağırış edirəm ki, belə sursatlarla qarşılaşdıqda FHN-in 112 zəng mərkəzinə məlumat versinlər”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam