Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Sabahdan -magistraturaya qəbul olanların qeydiyyatı başlayır

Sabahdan magistraturaya qəbul olanların qeydiyyatı başlayır

İyulun 13-dən ali təhsilin magistratura səviyyəsinə qəbul olan şəxslərin elektron qaydada ali təhsil müəssisələrinə qeydiyyatına başlanılır.

Yenixeber.org: Bunun üçün https://portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.

Qeydiyyat iyulun 22‑dək davam edəcək.

2021/2022-ci tədris ili üçün Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasına qəbul olmuş bakalavrlar isə AMEA-da qeydiyyatdan keçməlidirlər. Qeydiyyat üçün aşağıdakı sənədlər tələb olunur:

- Bakalavrın təhsilini başa vurduğunu təsdiqləyən sənəd (diplom və ya arayış);

- Şəxsiyyəti təsdiq edən sənədin surəti – 2 nüsxə;

- Hərbi bilet və ya çağırış məntəqəsinə təhkim edilmə haqqında sənədin surəti – 2 nüsxə;

- 3x4 sm ölçüdə rəngli fotoşəkil – 4 ədəd;

- Ödənişli əsaslarla qəbul olunanlar üçün təhsil haqqının ödənilməsi haqqında qəbzin surəti – 2 nüsxə;

- Təhsil haqqından azad olmaq hüququna malik olanların müvafiq sənədlərinin (vəsiqələrinin) notarial təsdiqi.

Magistraturaya qəbul olmuş bakalavrların qeydiyyatı bu gündən etibarən iyulun 22-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək AMEA Rəyasət Heyəti aparatı Təhsil şöbəsinin Magistratura sektorunda aparılacaq.

Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.

Ünvan: Hüseyn Cavid pr., 115 (I mərtəbə, otaq 150)

Tel.: (+994 12) 539 20 35, (+994 12) 537 23 97.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam