Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Ermənilər təşvişə düşüb ki, azərbaycanlılar qayıdır... -“Sənəddə Xankəndi və Zəngəzurla bağlı məqamlar var”

Ermənilər təşvişə düşüb ki, azərbaycanlılar qayıdır...  - “Sənəddə Xankəndi və Zəngəzurla bağlı məqamlar var”

Prezidentin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması ilə bağlı imzaladığı fərman Azərbaycanın Ermənistan üzərində təkcə hərbi müstəvidə yox, həm də diplomatik müstəvidə böyük qələbə qazandığnı bir daha sübut etmiş oldu. Ölkə başçısının imzaladığı bu fərman ilə Ermənistan özünün ənənəvi olaraq strateji müttəfiqi hesab etdiyi Rusiyanı indi daha uca səslə ittiham etməyə başlayacaq.

Yenixeber.org: Bu sözləri millət vəkili Elman Nəsirov deyib.

E.Nəsirov sözlərinə görə, ermənilər bütün istiqamətlərdə məğlub olduqlarının fərqindədirlər:

“Bu ölkənin yeganə çıxış yolu əməkdaşlıq istiqamətində konkret, əməli addımlar atmaqdır. İrəvan elə bilirdi ki, delimitasiya və demarkasiya tədbirləri çərçivəsində KTMT öz qüvvələrini sərhədə yeridəcək. Ancaq Peskov məlum açıqlaması ilə onları məyus etdi. Bəlli oldu ki, nə belə bir niyyət var, nə də buna ehtiyac. Eyni zamanda Prezident İlham Əliyev Azərbaycanın iqtisadi rayonları ilə bağlı məlum sənədi imzaladı. Bu sənədin özü də Ermənistanda şok effekti yaradır. Sənəddə Xankəndi və Zəngəzurla bağlı məqamlar var.

Bütün bunlar Ermənistanda artıq belə bir mövqe formalaşdırıb ki, Azərbaycan öz tarixi ərazilərini geri qaytarmaq niyyətindədir. Haçansa bu proses qaçılmaz xarakter alacaq. O üzdən ermənilər böyük təşviş içindədirlər. Halbuki Azərbaycanın heç bir dövlətə ərazi iddiası yoxdur. Azərbaycan ərazi bütövlüyünü bərpa edib. İqtisadi rayonları artırır. Həmçinin Zəngəzur dəhlizinin açılması ilə bağlı əməli addımlar atır. Bu dəhliz bizim üçün strateji əhəmiyyətlidir. Eyni zamanda, Ermənistan da bundan uduş əldə edəcək”.

Politoloq hesab edir ki, Azərbaycanın Rusiya ilə olan strateji tərəfdaşlıq münasibətləri də Ermənistanı narahat edir./axar.az/


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam