Redaktor seçimi
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Günün xəbəri

Azərbaycanın mədəniyyət nazirinin -Gürcüstana səfəri başlayıb

Azərbaycanın mədəniyyət nazirinin Gürcüstana səfəri başlayıb

Azərbaycanın mədəniyyət naziri Anar Kərimovun başçılıq etdiyi nümayəndə heyətinin Gürcüstana rəsmi səfəri başlayıb.

Yenixeber.org: Nazir Tbilisidəki Heydər Əliyev adına parkda Azərbaycanın ümummilli liderinin büstünü ziyarət edərək önünə əklil qoyub.

Ziyarətdə Gürcüstanın mədəniyyət, idman və gənclər nazirinin müavini Kaxa Sixarulidze, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və səfirlik əməkdaşları da iştirak ediblər.

Daha sonra A.Kərimov Gürcüstanın mədəniyyət, idman və gənclər naziri Tea Tsulukiani ilə görüşəcək. Nazirlər mətbuat üçün birgə brifinq keçirəcəklər.

Görüşdən sonra nazir Tbilisidə Qəhrəmanlar meydanında Gürcüstanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda həlak olanların xatirəsinə ucaldılmış memorialı ziyarət edəcək.

A.Kərimovun bu gün həmçinin Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani və Tbilisi meri Kaxa Kaladze ilə də görüşü planlaşdırılıb.

Səfər iyulun 9-dək davam edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam