Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Avqust ayının birinci yarısında keçiriləcək imtahanlar -SİYAHI

Dövlət İmtahan Mərkəzi 2021-ci il avqust ayının birinci yarısında keçiriləcək imtahanlar haqqında məlumat yayıb.

Yenixeber.org: DİM-dən bildirilib ki, avqustun 4-də hərbi liseylərə qəbul imtahanı və rezidenturaya qəbul imtahanı (1-ci mərhələ 2-ci cəhd) keçiriləcək.

Avqustun 11-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə: əvvəlki illərin məzunları üçün orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı; müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı; qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan; iyun ayında keçirilən buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən şagirdlər üçün buraxılış imtahanı; eksternat qaydasında imtahan verənlər üçün buraxılış imtahanı və dövlət qulluğuna qəbul imtahanı (B növü) keçiirləcək.

Avqustun 12-də isə 9 və 11 illik təhsil səviyyəsi üzrə Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçiriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam