Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

Əsirlər Bakıda -Ermənistan hakimiyyətinin iç üzünü dünyaya nümayiş etdirdilər

"Ermənistanın hərbi-siyasi rəhbərliyinin ölkəmizə qarşı törətdiyi terrorçuluq, təxribat hərəkətləri bir daha təkzibedilməz faktlarla sübuta yetirildi".

Yenixeber.org: Bunu politoloq Şəbnəm Həsənova deyib.

O bildirib ki, Ermənistanda gənclər ya öləcəklərini ya da həbs ediləcəklərini bildikləri üçün ölkəni tərketmə halları yenə də davam edir:

"Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesi zamanı Azərbaycan ərazisində terror-təxribat və başqa bənzəri əməllər törətməkdə təqsirləndirilən erməni silahlı dəstələrinin 14 üzvünün cinayət işi yekunlaşdı. Aydın oldu ki, bu insanlar ümumiyyətlə hərbi xidmətə getmək və döyüşlərdə iştirak etmək istəməyiblər. Ermənistan siyasi-hərbi rəhbərliyi hərbi xidmətdən yayınmaq adı ilə həmin şəxsləri 8 ildən 12 ilədək azadlıqdan məhrum etmə cəzası ilə təhdid edib və məcburi hərbi xidmətə, döyüşə göndərib. Eyni zamanda, ittiham olunan şəxslərin əksəriyyəti işsiz, iş tapmaq məqsədilə dəfələrlə xarici ölkələrə pənah gətirmiş insanlardılar. Bu faktlar Ermənistanın hərtərəfli acınacaqlı durumundan xəbər verir. Ölkədə iqtisadi-sosial, demoqrafik vəziyyətin ağırlığını bir daha üzə çıxardır. Eyni zamanda, bir daha məlum olur ki, Ermənistan hətta öz xalqına qarşı da qəddar, humanist dəyərlərə zidd siyasət yürüdüb.

Ermənistanda demoqrafik prinsiplərin illərlə pozulduğu faktı hər kəsə məlumdur. Belə ki, ağır iqtisadi-sosial vəziyyətdən əziyyət çəkən insanlar, əsasən də gənclər iş tapmaq üçün digər ölkələrə üz tuturlar. Müharibə vaxtı və ondan sonra fərarilik hallarının sayı hər keçən gün artırdı. Bu faktları onların rəsmi şəxsləri də etiraf edirdilər. Müharibədən sonra fərarilik faktları ilə bağlı açılan cinayət işlərinin sayı 10 mini keçib. Hərbi xidmətdən imtina etmə, hərbi hissəni özbaşına tərketmə, ordudan qaçan əsgərlərin bəzilərinin polis tərəfindən güc tətbiq olunaraq yenidən orduya məcburən qaytarılması faktları da hər kəsə məlumdur. Övladlarının müharibəyə zorla göndərilməsinin ölüm ilə nəticələnəcəyini bilən analar, valideyinlər etiraz aksiyaları keçirirdilər, gənclər ya öləcəklərini ya da həbs ediləcəklərini bildikləri üçün başqa ölkələrə qaçırdılar. Ölkəni tərketmə halları yenə də davam edir.

Ermənistandan fərqli olaraq qanunun aliliyi prinsipini hər zaman prioritet hesab edən, humanizm nümayiş etdirən Azərbaycan dövləti hərbi əsirlərə və sərhədi qanunsuz şəkildə pozaraq ərazimizə daxil olan Ermənistan vətəndaşlarına humanist münasibət nümayiş etdirib. Məhkəmənin qərarına əsasən Avakyan Qraç Arzumanoviç, Serobyan Geğam Samveloviç 4 il, digərləri isə 6 ay azadlıqdan məhrum edildi. Bununla yanaşı, Azərbaycan bir çox mülki ermənini və hərbçini öz ölkəsinə geri qaytarıb. Ermənistan isə həm Birinci, həm də İkinci Qarabağ müharibələrində mülki şəxslərimizə, hərbçilərimizə amansız münasibət sərgiləyib, onlara ağır işgəncələr verib". 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam