Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Səfir: -"Azərbaycan Belarusu Qarabağın bərpasında iştiraka dəvət edib"

Səfir: Azərbaycan Belarusu Qarabağın bərpasında iştiraka dəvət edib

“Belarusda başa düşürlər ki, hazırda Azərbaycanın qarşısında çox mürəkkəb hədəf var. Söhbət azad edilmiş əraziləri mümkün qədər tez bərpa etmək və onları dinc həyata qaytarmaqdan gedir”.

Yenixeber.org: Bu barədə Belarusun Azərbaycandakı səfiri Andrey Ravkov Belarus Respublikasının Müstəqillik Gününə və Azərbaycanla ikitərəfli münasibətlərə həsr olunmuş məqaləsində bildirib.

“Azərbaycan tərəfi bizi işğaldan azad olunmuş ərazilərin bərpası ilə bağlı proqramlarda iştirak etməyə dəvət edib. Hazırki vəziyyət ölçülüb-biçilmiş və effektiv qərarların qəbul edilməsini, qarşılıqlı fayda kəsb edən yeni layihələrin axtarılmasını, Azərbaycanın bu rayonlarının iqtisadiyyatının bərpa edilməsi məqsədilə bütün dost ölkələrin güclərinin birləşdirilməsini tələb edir”, - səfir deyib.

Diplomatın sözlərinə görə, iki ölkə liderləri Azərbaycanın azad edilmiş torpaqlarında Belarus təcrübəsinə və texnologiyalarına ehtiyac və tələbin ola biləcəyi barədə razılığa gəliblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam