Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Yeni radio yayıma başladı

 

 

   "xeberinfo.com": Artıq yol hərəkəti və nəqliyyatla bağlı suallarınıza cavab tapmaq çətin olmayacaq, çünki Azərbaycanın radio məkanına yeni qədəm qoyan, 107.7 fm tezliyində yayımlanan “Auto FM” radiosu sizə bu işdə kömək göstərəcək. Sentyabr ayından yanvar ayınadək texniki yayımla fəaliyyət göstərən “Auto FM” artıq əsas yayımla dinləyicilərin ixtiyarına verilib. 

     Bir sözlə yollardakı vəziyyət barədə operativ şəkildə məlumatlanmaq, nəqliyyatın intellektual idarəetməsi sisteminin işləmə mexanizmini ətraflı öyrənmək istəyirsinizsə, “Auto FM”-ə qulaq asmağınız kifayətdir.

     Radionun direktoru Elnur Baimov  məlumatında qeyd edib ki, “bizim başqa radiolardan fərqimiz ondan ibarətdir ki, biz Nəqliyyat Nazirliyi nəzdində Nəqliyyatın İntellektual İdarəetməsi Mərkəzinin kameraları vasitəsilə yollardakı vəziyyəti daim izləyirik və saatda bir neçə dəfə bu barədə məlumat veririk, məsələn, Gəncə prospektində qəza baş verib, sıxlıq var, alternativ yol kimi Şıxlinski küçəsindən istifadə edin.

    Radionun hədəfi ölkənin ən böyük FM dalğası olmaqdır. Buna görə də, radionun fəaliyyətinə peşəkarlardan ibarət komanda cəlb olunub. Gün ərzində efirdə ən son xəbərlər, müxtəlif əyləncəli, intellektual proqramlar təqdim olunacaq.

    “Azərbaycanda ilk dəfə olaraq, bizdə 2 radio serialı çəkiləcək. Səhərlər “Taksist” serialı, axşamlar isə “Tıxac” serialı efirə gedəcək”, - deyə, E.Baimov vurğulayıb.

     Qeyd edək ki, “Auto FM” radiosunun təqdimatı yaxın vaxtlarda baş tutacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam