Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

KTMT bu bölgəyə qoşun yeridə bilər

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Tacikistana, Əfqanıstanla sərhəddə yaranmış gərginliklə əlaqədar lazımi yardımlar göstərə bilər.

Yenixeber.org: Bu barədə təşkilatın mətbuat katibi Vladimir Zaynetdinov məlumat verib.

"Tacikistan KTMT-yə müraciət edəcəyi təqdirdə, təşkilat Nizamnaməsində nəzərdə tutulan və tələb ediləcək bütün lazımi yardımı təmin edəcək. Bu siyasi, hərbi və hərbi-texniki yardım ola bilər. Hələlik isə Tacikistan sərhədddəki vəziyyətlə bağlı müraciət ünvanlamayıb", - deyə o söyləyib.

Azvision.az xatırladır ki, iyunun 22-də radikal "Taliban" hərəkatının silahlı qruplaşmaları Əfqanıstanın Tacikistanla sərhədində yerləşən Kunduz əyalətindəki Şerxan-Bandar sərhəd komissarlığına hücum edib. 134 əfqan əsgəri silahlılara müqavimət göstərə bilməyib və onlar "Panj" nəzarət-buraxılış məntəqəsinin təhlükəsizlik zonasından qaçaraq dövlət sərhədini keçiblər. Əsgərlər Tacikistana sığınmağa məcbur olublar. Humanitar səbəblərdən Tacikistan sərhədçiləri bir qrup əfqan əsgərinin onların ərazisinə keçməsinə icazə verib. Əsgərlər arasında 1 nəfərin öldüyü, 4 nəfərin isə yaralandığı bildirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam