Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Deputat Ramil Həsənov 211-ci maddəyə əsasən cərimələndi-AÇIQLAMA

Səbail Rayon Polis Şöbəsi Milli Məclisin deputatı Ramil Həsənov, müşayiət edən şəxslər və Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü Muxatar Mustafayev arasında baş vermiş hadisə ilə bağlı araşdırma aparıb.

Yenixeber.org: Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, istintaq nəticəsində "Four Seasons" otelində baş verən davada 10 nəfərin iştirak etdiyi müəyyənləşib. Bu şəxslərin hamısı Səbail Rayon Polis Şöbəsindən dəvət olunub. Araşdırma zamanı oteldətərəflər arasında çəkişmə baş verdiyi məlum olub.

Lakin Milli Məclisin deputatı Ramil Həsənov "maska ​​rejimi" qaydalarına dair qanunvericiliyin tələblərini pozub. Bununla əlaqədar olaraq deputat İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə cərimələnib. Və vəkil Muxtar Mustafayevə xəbərdarlıq edilib

***21:12

DİN Səbail rayon Polis İdarəsi bu gün səhər saatlarında Bakının mərkəzindəki “Four Seasons” otelində baş vermiş insidentlə bağlı araşdırma aparıb.

DİN-in mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirib ki, araşdırma nəticəsində ictimai qaydanı və ölkədə tətbiq edilmiş “maska rejimini” pozan şəxslər müəyyən edilib.

Söhbət Milli Məclisin deputatı Ramil Həsənovdan, onu müşaiyət edən şəxslərdən və vəkil Muxtar Mustafayevdən gedir. Münaqişənin bütün iştirakçıları və qanunu pozanlar Səbail rayon Polis İdarəsinə dəvət olunublar. E.Zahidov bildirib ki, məsələ ilə bağlı Azərbaycan qanunvericiliyinə uyğun tədbirlər görüləcək. İctimaiyyət araşdırmanın nəticələri barədə məlumatlandırılacaq.(virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam