Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Deputat Ramil Həsənov vəkil Muxtar Mustafayevə hücum etdi-VİDEO

Bu gün iyunun 27-də, Bakının mərkəzindəki “Four Seasons” otelinin foyesində Milli Məclisin deputatı Ramil Həsənovla Vəkillər Kollegiyasının sədr müavini Muxtar Mustafayev arasında çəkişmə olub.

Yenixeber.org: Bu haqda M.Mustafayev redaksiyamıza məlumat verib.

Mübahisə zamanı deputatı idmançı cüssəli şəxslər müşaiyət ediblər. Vəkilin sözlərinə görə, Nəsimi Rayon Məhkəməsinin qərarını icra edərkən deputat ona hücum çəkib, senzuradan kənar ifadələrlə təhqir edib. Deputat habelə vəkili aqressiv hərəkətlərə təhrik etməyə çalışıb və bu da redaksiyamıza təqdim olunan videokadrlardan görünür. Üstəlik deputat və onu müşaiyət edən şəxslər qapalı məkanda maskadan istifadə etməyərək karantin rejiminin tələblərini pozublar.

Deputatı özündən çıxaran isə M.Mustafayevin peşə fəaliyyətini yerinə yetirərək Nəsimi Rayon Məhkəməsinin iclasında Moldova əsilli britaniyalı biznesmen Almari Vael Süleymanın qanuni nümayəndəsi qismində iştirak etməsi olub.

Xatırladaq ki, Almari Vael Süleymanın keçmiş arvadı hazırda deputat Ramil Həsənovla evlidir. Britaniyalı biznesmenin həmin evlilikdən olan qızı isə indi Bakıda, deputatın evindədir. Vael Süleyman qızı ilə görüş hüququ almaq üçün məhkəməyə müraciət edib.(virtualaz.org)

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam