Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Hərbi sirlərin olduğu sənəd dayanacaqdan tapıldı-Britaniyada

 

Britaniyada hərbi sirlərin olduğu sənəd dayanacaqdan tapıldı
Böyük Britaniya Müdafiə Nazirliyinə aid məxfi sənəd Kent bölgəsindəki dayanacaqlardan birindən tapılıb.
Yenixeber.org: Bu barədə BBC öz mənbəsinə istinadən məlumat yayıb. Bildirilib ki, 50 səhifəlik sənəddə “HMS Defender” hərbi gəmisinin Krım sahillərindən keçişinə Rusiyanın mümkün reaksiyası müzakirə edilib.

Sənədlərdə həmçinin ABŞ prezidenti Cozef Bayden administrasiyasının Çinə münasibətdə apardığı siyasət və NATO-nun “Qətiyyətli dəstək” missiyası bitdikdən sonra İngiltərənin Əfqanıstan planları barədə danışıldığı da bildirilir.

Böyük Britaniya Müdafiə Nazirliyi məxfi və əhəmiyyətli məlumatların toplandığı sənədin itirildiyini təsdiq edib.

Qeyd edək ki, iyunun 23-də Britaniyanın “Defender” esminesi Qara dənizdə, Krımdakı Fiolent burnu yaxınlığında Rusiyanın ərazi sularını pozub. Rusiyanın sahil mühafizəsi gəmiləri və “Su-24M” bombardmançı təyyarəsi gəminin qarşısını alaraq, atəş açıblar. Bundan sonra esmines geri dönüb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam