Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Qarabağa qayıdış -VİDEO

Azad olunan ərazilər bərpa olunur, infrastruktur qurulur

Yenixeber.org: Müharibə bitdikdən sonra Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq azad olunan ərazilərdə yenidənqurma işləri davam etdirilir.

Ərazilərin dəymiş ziyanla bağlı ilkin qiymətləndirilməsi və minalardan təmizlənməsi ilə yanşı, elektrik enerjisi, su təchizatı, yol infrastrukturu ilə təchizatı sürətləndirlir.

"Azərsu" Açıq Sıhmdar Cəmiyyəti Şuşada və Hadrut qəsəbəsində fasiləsiz xidmət təşkil edib. Texniki heyət Şuşa, Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlıda su təchizatı təmin edilən obyektlərə nəzarət edir. Xüsusi ilə də Hadrut qəsəbəsində məskunlaşma olan obyektlər içməli su ilə təmin edilir.

"Azərişıq Qarabağda" layihəsi çərçivəsində Cəbrayıl rayonunun elektrik təminatı həyata keçirilib, Ardınca Hadruta elektrik xətti çəkilib. Ən əsasl isə Hadrut qəəbəsindən Çnaqçıya, oradan da Daşaltıya qədər xəttin çəkilməsidir. Postsovet məkanında ilk dəfədir ki, "Azərişiq" ağıllı şəbəkə konsepsiyası çərçivəsində izolyasiyalı kabel sistemi tətbiq edir.

Ötən ay Şuşa şəhərinə 110 kilo voltluq 75 kilometr məsafədə xətt çəkilərək yarımstansiya istismara verildi. Bu yaxınlarda Füzulidə açılışı olan 110 kilovoltuq müasir standartlara uyğun olan yarımstansiya şəhərdə qurulan böyük layihələri enerji ilə təmin edəcək.

Avtomobil Yolları Dövlət Agentliyi Qarabağın yol infrastruktur layihələrini davam etdirir. Əhmədbəyli-Füzuli-Şuşa yolunda və Zəfər yolunda işlər davam edir. 4 və 6 hərəkət zolaqlarından ibarət, 81 kilometr uzunluğu olan Əhmədbəyli-Füzuli-Şuşa yolu, 101 kilometr olacaq Zəfər yolu boyunca tunellər, körpülər inşa ediləcək. Əlirzalı-Xan Qərvənd-Səfikürd-Tap Qaraqoyunlu avtomobil yolunun tikintisi də davam etdirilir. 31 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən sözügedənavtomobil yolunun tikintisi Xan Qərvənd kəndini əhatə edən istiqamət və Tap Qaraqoyunlu kəndinə qədər olmaqla 2 istiqamət üzrə aparılır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam