Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Ermənistanda seçki təqibləri başladı: -Vanetsyanın qərargahına basqın olub

Ermənistanda seçki təqibləri başladı:   Vanetsyanın qərargahına basqın olub
Ermənistanda növbədənkənar parlament seçkilərinə bir gün qalmış siyasi qalmaqal yaşanıb.
Yenixeber.org: Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) keçmiş direktoru, "Şərəfim var" seçki blokunun lideri Artur Vanetsyanın yaydığı məlumata görə, hüquq-mühafizə orqanları onun komandasını təqib etməyə başlayıb.

"Səhər tezdən təhlükəsizlik qüvvələri, "Şərəfim var" blokunun qərargahını və tərəfdarlarını sözün həqiqi mənasında terrora məruz qoydular. Onlarla insan əsassız olaraq MTX-yə, Kəşfiyyat Xidmətinə, polisə məlumatlar verməyə məcbur edilir və heç bir səbəb olmadan həbs olunurlar. Ofislərimizdə, tərəfdarlarımızın mənzillərində qanunsuz olaraq axtarışlar aparıldı. Heç bir şey tapmadılar və blok tərəfdarlarını bu gün və ya sabah təcrid etmək əmrlərinin olduğunu etiraf etdilər",-deyə Vanetsyan bildirib.

Qeyd edək ki, sabah Ermənistanda erkən parlament seçkiləridir. Seçkilərdə rekord sayda - 25 siyasi qüvvə (4 blok və 21 partiya) iştirak edir. 2008 seçki məntəqəsindən 479-u İrəvan, 1529-u isə bölgələrdə yerləşir. 2 583 milyon vətəndaşın seçkilərdə iştirak etmək hüququ var, onlardan 855 mindən çoxu paytaxtdadır. 363 nəfər elektron səs verə bilər - onlar diplomatik nümayəndəliklərin işçiləri və onların ailə üzvləridir.

Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam