Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

MSŞA koalisiyası SOCAR-ın vitse prezidenti Mikayıl İsmayılovun hərəkətlərini pisləyir -BƏYANAT


İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası öz üzvü və həmçinin Koalisiyanın  Monitorinq Qrupunun üzvü, “Qarabağ Qaziləri və Şəhid Ailələrinə Dəstək” İB-nın sədri, “Sozcu.az” saytının rəhbəri Məmmədov Elşən Əli oğlunun (Elşən Əlisoyun)  Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR-ın) vitse-prezidentlərindən biri İsmayılov Mikayıl İsmayıl oğlu tərəfindən  mərkəməyə verilməsini pisləyir və SOCAR-ın vitse-prezidentindən  E. Əlisoyun  konstitutsion hüquqlarına hörmət etməsini tələb edir.
Yenixeber.org: Təşkilatın bu gün yaydığı Bəyanatda belə deyilir. 
Bəyanatda bildirilir ki, M. İsmayılov “Elşən Əlisoyun onun şərəf və ləyaqətini ləkələməsini, nalayiq formada alçaldılmasını” əsas gətirərək  adıçəkilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin  147.1 (Böhtan) və 148-ci (Təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahişi ilə xüsusi ittiham qaydasında   Ağsu rayon məhkəməsinə müraciət etmişdir.  Həmin xüsusi ittiham qaydasında şikayət ərizəsinə əlavə edilmiş iddia ərizəsində Mikayıl İsmayılov şərəf və ləyaqətinin ləkələnməsinə görə Elşən Əlisoydan  100.000 (yüz min) manat təzminat (maddi ziyan?) ödəməsini tələb etmişdir. 
 
Xüsusi ittiham qaydasında Şikayət Ərizəsində və həmin ərizəyə əlavə edilmiş mülki iddiada SOCAR-ın vitse-prezidentinin məhkəməyə müraciət etməsinin səbəbi kimi   digər şəxsin rəhbərlik etdiyi “Azad soz” adlı saytda Mikayıl İsmayılovun  qadın aparıcı və qadın müğənni ilə birlikdə olan şəkillərinin, həmçinin onun haqqında yayımlanmış tənqidi yazının Elşən Əlisoya məxsus Facebook səhifəsində paylaşılması və  sonuncu tərəfindən həmin yazının altında “Bu qədər sərvəti neynir bunlar ilahi... Mikayıl İsmayılov SOCAR-ın 12 vitse-prezidentindən biridir. Mən buna vəhşilik və acğözlük deyirəm”- ifadələrini qeyd edərək  münasibət bildirməsi  göstərilmişdir. 
 
MSŞT Koalisiyası, SOCAR kimi mötəbər bir qurumun vitse-prezidentinin digər bir şəxsin rəhbərlik etdiyi “Azad soz” saytında yayımlanmış məlumatı özünə məxsus Facebook səhifəsində paylaşmasına görə Elşən Əlisoy barəsində cinayət işinin başlanılması üçün məhkəməyə müraciət etməsini sayt rəhbərinin müstəqil, tənqidi fikrinə görə təqib edilməsi  hesab etməklə  yanaşı,    Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsində nəzərdə tutulmuş hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığına zidd hərəkət kimi qiymətləndirir və Mikayıl İsmayılovu sayt rəhbərinin qeyd edilən konstitution azadlığına hörmətlə yanaşmağa, həmçinin “Azadsoz” saytında barəsində yayılmış tənqidi yazı ilə əlaqədar ictimaiyyətə açıqlama verməyə çağırır. Eyni zamanda, bəyan edir ki, MSŞT Koalisiyası hazırkı məhkəmə işini axıra qədər təqib etməklə bərabər, onun  milli və beynəlxalq səviyyədə  içtimailəşdirilməsini təşkil edəcək və  qanunvericilikdə nəzərdə tutulmuş bütün mümkün   vasitələrdən istifadə etməklə Koalisiya üzvü Elşən Əlisoyun hüquqlarını müdafiə edəcək!

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam