Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

“BU ƏXLAQSIZ TİPƏ 24 SAAT VAXT VERİRƏM!” –“Sən kimsən ki, Rusiya Prezidentini aeroportda qarşılamırsan?!”

“Sən kimsən ki, (Paşinyanı nəzərdə tutur) Rusiya Prezidentini hava limanında qarşılamırsan? Şəxsiyyətindən asılı olmayaraq, Putin, Medvedev, Yeltsin ... Kimsən ki, belə hörmətsizlik göstərirsən?!"

Yenixeber.org: Bunu Ermənistanın Respublika Partiyasının sədri, ölkənin üçüncü Prezidenti Serj Sarqsyan Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın açıqlamalarını şərh edərkən söyləyib.

“Bu əxlaqsız tipə 24 saat vaxt verirəm - ya faktları təqdim etsin, ya da özü və ailəsi haqqında cəmiyyətin üzünə tüpürəcəyi həqiqətləri yayımlayacağam”, - Sarsyan şantaj dilində danışıb.

“İllərdir yalan məlumatlar yayırlar. Prezident olduğumu nəzərə alaraq reaksiya verməyə ehtiyac görmədim. Ancaq o (Nikol Paşinyan - red.) boş-boş danışır. Hər zaman "əgər" istifadə etdiyini gördük. Bu əxlaqi canavara 24 saat vaxt verirəm: ya o, faktları təqdim edəcək, ya da onun özü haqqında, ailəsi ilə bağlı cəmiyyətin üzünə tüpürəcəyi faktları dərc edəcəyəm”- deyə Sarqsyan açıqlamasında bildirib.

Sabiq Prezident qeyd edib ki, Milli Təhlükəsizlik Xidməti üç ildir Paşinyana tabedir. “Anlamadan cəfəngiyyat danışır. Badendə bir casino 19-cu əsrdən bəri mövcuddur, lakin kazinolardan daha çox muzeylər var. Nəinki dostlarım, hətta yüzlərlə insan daim kazino küçəsindən keçdiyimi təsdiq edə bilər. “Baden” özü bir sənət qurumu, mədəniyyət və sənət inciləri ilə tanış ola biləcəyiniz bir mədəniyyət şəhəridir. Monakoya gəlincə, son 15 ildə orada olmadım, yoxlamaq asandır, qoy yoxlasınlar... Yenə də onlara 24 saat vaxt verirəm.” 

Xatırladaq ki, Sarqsyanı dövlətin külli miqdarda vəsaitlərini havaya sovurmaqda, mənimsəməkdə ittiham edən Paşinyan, hətta bu pulların kazinolarda xərcləndiyinə də eyham vurmuşdu: “Əsgərlərdən oğurlanan milyonları Monte-Karlodakı kazinoda uduzsaydın, özünü güllələyərdinmi?...”


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="679" height="382" src="https://www.youtube.com/embed/kZYTbJNbayU" title="“Bu, İran üçün qəbuledilməzdir!” - ABŞ-yə xəbərdarlıq, İrana isə təşəkkür mesajı..." frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam