Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

ABŞ-ın vitse-prezidentinin təyyarəsində texniki nasazlıq yarandı-FOTO

 

ABŞ-ın vitse-prezidentinin təyyarəsində texniki nasazlıq yarandı

ABŞ-ın xarici ölkəyə ilk rəsmi səfərə yola düşən vitse-prezidenti Kamala Harrisin təyyarəsində uçuşdan bir neçə dəqiqə sonra texniki nasazlıq yaranıb.

Yenixeber.org: Xarici mətbuat xəbər verir ki, bu barədə vitse-prezidentin baş məsləhətçisi və mətbuat katibi Simona Sanders bildirib.

O, qeyd edib ki, təyyarə Endryus (Merilend ştatı) hərbi bazasına qayıdıb. Simona Sandersin sözlərinə görə, vitse-prezident təyyarəni dəyişəcək və Qvatemalaya uçuşunu davam etdirəcək. “Bu texniki problemdir. Təhlükəsizlik üçün ciddi narahatlıq yoxdur".

Harrislə birlikdə xarici səfərə yola düşən jurnalistlər isə bildirib ki, təyyarə yerli vaxtla saat 14:22-də ( Bakı vaxtı ilə saat 22:22) bazadan uçub, amma saat 14:53-də (Bakı vaxtı ilə saat 22:53) geri qayıdıb. Onlar qeyd ediblər ki, uçuş vaxtı şassidə qeyri-adi səs-küy eşidilib, ancaq enmə tamamilə normal baş tutub.

Harris 7-8 iyunda Meksikaya və Qvatemalaya səfər edəcək. O, ABŞ-a Amerika-Meksika sərhədi vasitəsilə kütləvi emiqrasiya problemini müzakirə etmək niyyətindədir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam