Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycan -Ermənistana növbəti dəfə xəbərdarlıq edib

Azərbaycan Ermənistana növbəti dəfə xəbərdarlıq edib

"Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ərazisinə müdaxiləsi növbəti təxribatdır və bunun məsuliyyəti tam şəkildə Ermənistan tərəfinin üzərinə düşür. Baş verən hadisə bir daha onu göstərir ki, beynəlxalq ictimaiyyətin və Azərbaycan tərəfinin sərhəd məsələlərinin danışıqlar və dialoq yolu ilə həll edilməsi ilə bağlı çağırışlarına zidd olaraq Ermənistan iki ölkənin dövlət sərhədi boyunca vəziyyəti gərginləşdirmək məqsədini güdür".

Yenixeber.org: Bu fikirlər Azərbaycan Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinin yaydığı birgə məlumatda bildirilib.

"Azərbaycan Respublikasının dövlət sərhədlərinin pozulması və ölkəmizin ərazisinə Ermənistan silahlı qüvvələrinin müdaxiləsi hallarının qarşısı bundan sonra da qəti tədbirlər vasitəsilə alınacaq. Ermənistan məsuliyyətli davranmalı, qonşu dövlətlərin sərhədlərinə və ərazi bütövlüyünə hörmət etməli və regionda vəziyyəti gərginləşdirə biləcək təxribatlardan çəkinməlidir", - məlumatda qeyd olunub.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti Kəlbəcərdə Azərbaycan sərhədini pozan erməni hərbçilərinin ərazidən çıxarılması ilə bağlı məlumat yayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam