Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Xarici tələbə və nümayəndə heyətləri Füzuli ilə Cəbrayıla yollandı-FOTO

 

Xarici tələbə və nümayəndə heyətləri Füzuli ilə Cəbrayıla yollandı

Azərbaycanın 16 ali təhsil müəsissəsinin 31 ölkəni təmsil edən 40 əcnəbi tələbəsinin və nümayəndə heyətinin işğaldan azad olunmuş Füzuli və Cəbrayıl rayonlarına səfəri başlayıb.

Yenixeber.org: Məlumata görə, səfər "Azərbaycan gəncliyi 2017 - 2021-ci illərdə" Dövlət Proqramının gənclərin beynəlxalq əməkdaşlığı və mübadiləsinin genişləndirilməsi bəndinin icrası ilə əlaqədar həyata keçirilir. İcraçı qismində Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Təhsil və Müdafiə Nazirlikləri çıxış edir.

Ümumilikdə 65 nəfərdən ibarət səfər iştirakçıları işğaldan azad olunmuş ərazilərdə şərti mina partlayışını izləyəcək, Füzulidə qədim məscid, qəzet redaksiyası, hərbi hissə, köhnə qəbiristanlıq və şəhər dağıntılarını ziyarət edəcək.

Cəbrayılda isə Xudafərin körpüsü, su elektrik stansiyası, "Dostluq bulağı", "Qədim çinar" yay kinoteatrı, şəhər qəbiristanlığı və şəhər dağıntılarına baş çəkiləcək.

Eyni zamanda, xarici tələbələrin ifasında milli folklor nümunələri sərgilənəcək. Böyük milli bayrağın açılması və dövlət himninin canlı oxunması fleşmobu da səfər proqramına daxildir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam