Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bakıda gəlinini öldürərək doğrayan şəxsin -məhkəməsi başlayır

Gəlinini doğrayan qaynatanın işi məhkəməyə göndərildi

Bakıda qətl törədən şəxsin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Yenixeber.org: Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu ilin yanvarın 27-də Nəsimi rayonu 4-cü mikrorayon ərazisində yerləşən məişət tullantılarının atılması üçün nəzərdə tutulan zibil qutularında doğranmış vəziyyətdə naməlum qadın meyitinin hissələrinin aşkar edilməsi faktı ilə bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanan cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun rəhbərliyinin göstərişinə əsasən Baş Prokurorluğun İstintaq idarəsində tapşırılıb.

İstintaqla İdris Məhərrəmovun onunla eyni ünvanda yaşayan gəlini Banı Məhərrəmovanı küt alətlə baş nahiyəsindən vurmaqla, daha sonra kəsici-deşici alətlə bədəninin müxtəlif nahiyələrindən xəsarətlər yetirməklə xüsusi amansızlıqla qəsdən öldürməsinə, daha sonra meyiti hissələrə ayırmaqla meyit üzərində təhqiredici hərəkətlər etməsinə əsaslı şübhələr müəyyən ediib.

İdris Məhərrəmov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 245-ci (meyit üzərində təhqiredici hərəkətlər etmə) maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam