Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Birləşmiş Krallığın ixracat üzrə naziri Azərbaycana gəlir

Birləşmiş Krallığın Beynəlxalq Ticarət Departamentinin İxracat üzrə naziri Qraham Stuart, Birləşmiş Krallıq Höküməti və Azərbaycan Respublikasının Höküməti arasında fəaliyyət göstərən Birgə Hökumətlərarası Komissiyanın 4-cü iclasında iştirak etmək üçün Bakıya səfər edəcək.

Yenixeber.org: Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Birləşmiş Krallığın Beynəlxalq Ticarət Departamentinin İxracat üzrə naziri və Dövlət Katibinin Parlamentdəki nümayəndəsi Qraham Stuart,

Üç günlük səfərdə məqsəd iki ölkənin mövcud ticarət və iqtisadi əlaqələrini gücləndirməkdir.

Cümə axşamı, mayın 20-dən etibarən başlayacaq səfərdə bərpa olunan enerji sektorundakı əməkdaşlıq imkanları müzakirə ediləcək və Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə və enerji keçidinə Birləşmiş Krallığın dəstəyi vurğulanacaq.

Azərbaycana etdiyi ilk səfərində nazir Stuart, ölkə rəhbərliyilə görüşəcək, ikitərəfli əlaqələrin möhkəmləndirilməsini, habelə Birləşmiş Krallığın Azərbaycanın maliyyə, təhsil, İKT, səhiyyə və yaradıcılıq sektorlarında iqtisadiyyatı şaxələndirmək üçün Azərbaycana göstəriləcək dəstəyi müzakirə edəcək.

Nazir Stuart, yüksək vəzifəli rəsmilərlə görüşləri çərçivəsində cari ilin noyabr ayında Qlazqoda keçiriləcək COP26 İqlim Dəyişikliyi Konfransı ərəfəsində tullantıların azaldılması hədəfi sahəsində Azərbaycanın daha iddialı və “net zero” planını qəbul etmək üçün Birləşmiş Krallığa qoşulmağa təşviq edəcək.

Səfər çərçivəsində Böyük Britaniya naziri, həmçinin iqtisadiyyatı şaxələndirmək üçün Azərbaycanla gələcək əməkdaşlığı və bərpa olunan enerjiyə keçidi müzakirə etmək məqsədilə Enerji, İqtisadiyyat, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar və Ekologiya və Təbii Sərvətlər nazirləri ilə də görüşlər keçirəcək.

Nazir, həmçinin Birləşmiş Krallıq Hökuməti və Azərbaycan Respublikasının Hökuməti arasında fəaliyyət göstərən Birgə Hökumətlərarası Komissiyanın 4-cü iclasında və Azərbaycanda yeni yaradılmış Britaniya Ticarət və Sənaye Palatasının açılışında iştirak edəcək. Səfər Birləşmiş Krallıq və Azərbaycan Respublikası arasında ticarət əlaqələrini inkişaf etdirəcək, eyni zamanda bərpa olunan enerji, səhiyyə və İKT kimi qeyri-neft və qaz sektorlarında əməkdaşlığı gücləndirəcək.

Səfərdən əvvəl Birləşmiş Krallığın Beynəlxalq Ticarət Departamentinin İxracat üzrə naziri və Dövlət Katibinin Parlamentdəki nümayəndəsi Qraham Stuart səfərlə bağlı fikirlərini bölüşüb:

Uzun illərdir ki, Birləşmiş Krallıq ilə Azərbaycan ticarət və enerji sahəsində əməkdaşlıq edirlərXalqlarımız arasında güclü əlaqələr mövcuddur və hazırda ölkəmizin müstəqil ticarət tərəfdaşı olması bizi daha güclü edəcək"

Nazir Stuart, həmçinin Britaniyanın təcrübəsini paylaşaraq British Council-ın təhsil və mədəniyyət sahəsində həyata keçirdiyi uğurlu fəaliyyətini müzakirə etmək məqsədilə Təhsil Naziri ilə də görüşəcək. Bundan əlavə, nazir Stuart, dövlət və ticarətin müxtəlif sektorlarını təmsil edən Böyük Britaniya universitetlərinin məzunları ilə də görüş keçirəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam