Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında dolanan kabus –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
Günün xəbəri

5 MİN RÜŞVƏT ALARKƏN YAXALANDI, 200 MANAT CƏRİMƏ İLƏ BURAXILDI -Məhkəmə rəzaləti + FOTO

2021-ci ilin martında Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Xəzər Rayon İcra Hakimiyətinin binasında əməliyyat keçirib.

Yenixeber.org: Əməliyyat zamanı Xəzər İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Tural Əli oğlu Zeynalov rüvşət alarkən qandallanıb. O, rüşvət müqabilində qanunsuz olaraq müvafiq tikinti sənədi verərkən ələ keçmişdi.

Başına torba keçirilən şöbə müdiri nəzarət altında Xəzər İcra Hakimiyyətinin binasından çıxarılaraq istintaqa aparılıb. HİT.Az -ın məlumatına görə, aprelin sonlarında məhkəmə qarşısına çıxarılan Tural Zeynalovu 200 manat cərimə etməklə azad ediblər. 

Halbuki, Tural Zeynalovun cinayət əməli ilə bağlı Xəzər Rayon İcra Hakimiyyəti rəhbərliyinin də sorğu-sual olunmuşdu. Buna səbəb isə həbsindən sonra Tural Zeynalovun cinayət ortaqları haqda ətraflı ifadə verməsi idi. O, aldığı rüşvət, iş bölgüsünün detallarını istintaqçılardan gizlətməmişdi. Məlum olmuşdu ki, sənədli evlərə görə sxem-planın verilməsi üçün vətəndaşlardan 3 min manat, sənədsiz evlərin tikintisi üçünsə 5 min manat pul alınıb. Əgər ev iki mərtəbə tikilibsə, qiymət də 2 qat artıb. Bundan başqa, Tural Zeynalov Xəzər rayon İcra Hakimiyyətinə təhkim edilən, rayon ərazisində ictimai işlərə cəlb edilməli 575 nəfərdən neçəsinin “ölü can” olduğunu, onlara aid əməkhaqqı kartlarının hansı vəzifəli şəxslərin cibində olduğunu da açıqlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam