Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

İradə Gülməmmədovanın bacısı oğlu məhkəmə zalında həbs edildi -“Abşeron işi”ndə gözlənilməz qərar

 


 Abşeron Rayon İcra Hakimiyyətinin həbsdə olan Memarlıq və tikinti şöbəsinin sabiq müdiri (baş memar) Akif Əliyev, Abşeron Rayon İcra Hakimiyyəti MKTB-nin Xırdalan şəhəri 3 saylı mənzil təsərrüfat istehsalat istismar-təmir sahəsinin sabiq rəisi Murad Əhmədov və daha 5 nəfərin cinayət işi üzrə məhkəmə iclası baş tutub.

Yenixeber.org: Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda Əkbərov Cəfər Razim oğlu, İsmayılzadə Seymur Yadulla oğlu, Xəlilov Şamil Rasim oğlu, Süleymanov Emin Sahib oğlu və Əliyev Novruz Arzu oğlu da müttəhimlər kürsüsünə çıxarılıb.

Məlum olub ki, iş üzrə daha iki nəfər təqsirləndirilən şəxs var və onlar barəsində istintaq orqanı tərəfindən polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib. Həmin şəxslər Alıyev Babək Hacı oğlu və Ağaməmmədov Tural İrzəbəy oğludur.

Məhkəmə prosesində iştirak edən müxbirimiz xəbər verir ki, hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirib.

Hakim Əli Məmmədov hazırlıq iclasının qərarını elan edən zaman Babək Alıyev və Tural Ağamməmmədov barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib. Hər iki şəxs məhkəmə zalında qandallanaraq həbsə alınıb.

Əldə etdiyimiz eksklüziv məlumata görə, Babək Alıyev Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın bacısı oğludur.

Digər həbs edilən şəxs Tural Ağaməmmədov isə Abşeron rayon Aşağı Güzdək bələdiyyəsinin sədr müavini olub.

Xatırladaq ki, adı çəkilən şəxslər Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı saxlanılıb.

Keçirilən kompleks əməliyyat-istintaq tədbirləri ilə İcra Hakimiyyətinin baş memarı Akif Əliyevin vətəndaşa tikinti üçün hər hansı layihə hazırlanmadan və rayon İcra hakimiyyətinə tikintiyə icazə üçün rəsmi qaydada müraciət olunmadan, müvafiq zəruri sənədləşmə aparılmadan tikinti aparılması üçün ümumi himayədarlığı həyata keçirəcəyini bildirib və Murad Əhmədov vasitəsilə 3000 manat məbləğində pul vəsaitini rüşvət qismində alıb. Adı çəkilən şəxslərin digər cinayət əməlləri də ortaya çıxıb.

Məlumata görə qeyd olunan qanunsuz əməllər məhkəmə qərarı əsasında keçirilmiş əməliyyat-axtarış tədbirlərinə uyğun olaraq audio-video çəkilişlərlə təsdiq olunub.

Həbs edilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma), 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə), dələduzluq və digər maddələri ilə ittihamlar irəli sürülüb.(musavat)

İlkin Muradov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam