Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Dərsə gəlməyən şagirdlər sinifdə saxlanılacaq? -RƏSMİ AÇIQLAMA

Bakıda Yusif Mirzəyev adına 44 nömrəli məktəbdə beşinci siniflərə həftədə beş gün dərs keçirilir. Bu barədə saytımıza valideynlər tərəfindən şikayət ünvanlanıb.

Yenixeber.org: Bildirilib ki, dərslərin həftədə beş gün keçirilməsinə etiraz edildikdə şagirdləri sinifdə saxlanacağı deyilir.

İddialarda dərslər zamanı heç bir məsafənin olmadığı qeyd edilib.

Məsələ barədə Bakı şəhəri üzrə Təhsil İdarəsi ilə əlaqə saxladıq.

İdarədən bildirilib ki, Təhsil naziri Emin Əmrullayevin müvafiq əmrinə əsasən, layihə tutumu və şagird sıxlığı imkan verən (sosial məsafə 1,5 metr gözlənməklə) ümumi təhsil müəssisələrində pandemiya qaydalarını gözləməklə I-IX siniflərdə həftədə 5 gün və məktəbəhazırlıq qruplarında isə həftədə 4 gün tədris əyani formada təmin edilir.

“Qeyd edək ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır”, - deyə qurumdan qeyd edilib.(oxu.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam