Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Həmyerlimiz qəflətən dünyasını dəyişib-Azərbaycanın Rusiyadakı Səfirliyinin qarşısında

Azərbaycanım Rusiyadakı Səfirliyinin inzibati binasının önündə bədbəxt hadisə baş verib.

Yenixeber.org: Səfirliyin mətbuat xidmətindən Moskva müxbirimizə verilən məlumata görə, mayın 17-də səhər saat 08:50-də səfirliyin konsulluq xidmətinin girişinin qarşısında Rusiya Federasiyasının vətəndaşı Muradov Rüfət Əli oğlunun vəziyyəti qəflətən pisləşib və o, dünyasını dəyişib .

"Bununla əlaqədar olaraq, dərhal təcili tibbi yardım çağırılıb və polisə məlumat verilib. Hadisə yerinə gəlmiş Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları vəfat etmiş şəxsin Rusiya vətəndaşı olmasını və ekspert-kriminalist tərəfindən rəyin bildirilməsinin vacibliyini əsas gətirərək Rusiyanın səlahiyyətli nümayəndələrinin gəlişinə qədər cəsədin yerdən götürülməsinə icazə verməyiblər.

Müəyyən müddətdən sonra hadisə yerinə gələn kriminalistin öz rəyini bildirməsi cəsədin təcili tibbi yardım briqadası tərəfindən “morqa” aparılmasını mümkün edib. Ölüm səbəbinin öyrənilməsi məqsədilə Səfirlik Rusiyanın aidiyyəti qurumlarına müraciət edib.

Rüfət Muradovun ailəsi və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!", deyə Səfirliyin məlumatında qeyd olunub.(apa)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam