Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Vətən müharibəsində düşmənə endirilən ilk aviazərbənin təfərrüatı açıqlanıb

Vətən müharibəsində düşmənə endirilən ilk aviazərbənin təfərrüatı açıqlanıb

"Polkovnik-leytenant Əliyar Əsgərov, mən və mayor Sabir Nəsirov rəhbərlik tərəfindən müəyyən edilmiş istiqamətdə düşmənin motoatıcı birləşməsinə zərbə endirmək əmri aldıq. İlkin olaraq Əliyar Əsgərov tapşırığı icra etdi, sonra mən və mayor Sabir Nəsirov verilən hədəfə zərbə endirdik. İlk döyüş uçuşumuz belə oldu".

Yenixeber.org: Bunu Vətən Müharibəsi Qəhrəmanı kapitan Rəşad Qasımlı müharibə dövründə döyüş uçuşlarından danışarkən deyib.

O, daha sonra Cəbrayıl, Füzuli, Xocavənd, Suqovuşan istiqamətində döyüş uçuşları həyata keçirdiyini bildirib: "Təbii ki, bu uçuşlar hər birimizin yaddaşında silinməz izlər qoyub. Çünki uzun illər sağalmayan yaramızı sağaltmaq, Qarabağı azad etmək üçün düşməni məhv etmək tapşırığı almışdıq. Atdığımız hər aviasiya bombası bizi tarixi zəfərə bir addım da yaxınlaşdırırdı. Hər döyüş uçuşundan sonra verilən hədəfin dəqiq məhv edildiyi informasiyasını alanda növbəti uçuşa daha da həvəslə hazırlaşır, düşməni darmadağın etmək üçün illər uzunu qazandığımız uçuş təcrübəsini ortaya qoyurduq.

Vətən müharibəsi rəşadətli ordumuzun qələbəsi ilə başa çatdı. Vətəndaş olaraq torpaqlarımızın azad olunmasına, Qarabağ həsrətinin bitməsinə çox sevindim. Hərbçi olaraq isə qürurlandım. Çünki bu müharibənin fəal iştirakçılarından, uğur əldə edən zabitlərindən idim. 44 gün ərzində döyüş uçuşları həyata keçirərək düşmən mövqelərinə sarsıdıcı zərbələr endirdim. Qüruruma qürur qatan, məni gənc yaşımda sevindirən, təyyarəçi olaraq öz üzərimdə daha da çalışmağa sövq edən isə döyüş əməliyyatları başa çatdıqdan sonra Ali Baş Komandan tərəfindən "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülməyim oldu. Bu təltif tək mənim yox, hər birimizin uğuru idi".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam