Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Fransa Böyük Britaniyaya xəbərdarlıq edib-SƏBƏB

London Brexit üzrə nəzərdə tutulan balıq ovuna dair razılaşmanı yerinə yetirməyəcəyi halda Fransa Böyük Britaniyaya qarşı sanksiya tətbiq olunacağını istisna etməyib.

Yenixeber.org: Bunu bu gün Fransa hökumətinin rəsmi nümayəndəsi Qabriel Attal “France 3” telekanalına müsahibəsində bildirib.

Q. Attal bu sanksiyalardan birinin Böyük Britaniyanın La-Manş boğazında yerləşən Cersi adasına verilən elektrik enerjisinin dayandırılması ola biləcəyini söyləyib: “Paris Londonu razılaşmanı yerinə yetirməli olmasına inandırmaq üçün Avropa Komissiyasına da müraciət edib”.

Qeyd edək ki, Britaniya hakimiyyətinin Cersi sahillərində balıq ovuna icazəni nəzərdə tutan siyahıya 344 deyil, 41 Fransa balıqçı gəmisini daxil etməsi Fransanın narazılığına səbəb olub. Eyni zamanda Britaniya balıq ovuna dair bir sıra tələblərlə də çıxış edir. Fransa isə bu tələblərin Brexit üzrə razılaşmada nəzərdə tutulmadığını bildirir.

Fransanın sanksiya hədələrinə cavab olaraq Böyük Britaniya mayın 5-də Cersi adasına 2 patrul gəmisi göndərib. Fransa isə mayın 6-da Cersi adası yaxınlığında iki patrul gəmisinin olacağını bəyan edib. Bundan başqa, martın 6-da səhər Fransanın 60-dəkbalıqçı gəmisi Cersi adasını blokadaya alıb. Balıqçı gəmiləri adanı blokadaya almaqla bərabər digər gəmilərin Sent-Xelier portuna yaxınlaşmasına da mane olublar. Bir neçə saat sonra Fransa balıqçı gəmiləri adanın blokadasını dayandırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam