Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

DSX rəisi düşmənin -SU-25 döyüş təyyarəsinin məhv edilməsinin təfərrüatını açıqlayıb

"Döyüş əməliyyatlarının ilk günündən başlayaraq Azərbaycan sər­­hədçiləri Füzuli rayonu ərazisindəki təmas xəttindən Ermə­nis­tanla dövlət sərhədinədək böyük bir ərazini azad ediblər".

Yenixeber.org:  Bunu Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev deyib.

"Sərhədçilər 24 saat ərzində 105 kilometr məsafədə ildırımsürətli hücumla düşmənə sar­sıdıcı zərbələr endirərək yüzlərlə canlı qüvvəsini məhv edib, Qə­dim Xudafərin körpüsündə, Zəngilan rayonunun Ağbənd qəsə­bəsin­də və Zəngilan şəhərində Dövlət bayrağımızı sancıb, qızğın dö­yüş­lər nəticəsində Ermənistanla dövlət sərhədində “Bartaz” və “Şükürataz” strateji yüksəkliklərini azad ediblər. Bu yüksəkliklərin azad edilməsi uğrunda döyüşlər zamanı bölmələrimizin üzərinə ha­va­dan həm­lə edən SU-25 düşmən təyyarəsinin atıcı silahlardan açıl­an atəşlə məhv edilməsi də hərb tariximizə həkk olunub.

AN-2 təyyarələrinin pilotsuz uçuş aparatları kimi modernləşdi­ri­lərək müasir döyüş elementləri sırasına əlavə edilməsi və xüsusi tət­biqi nəticəsində düşmənin hava hücumundan müdafiə sistem­lərinin və digər strateji hədəflərinin aşkarlanaraq məhv edilməsinə nail olunub", - o bildirib


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam