Ermənistanın etnik təmizləmə siyasəti ifşa edildi-HESABAT
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) “Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair hesabat” hazırlayıb.
Yenixeber.org: Azərbaycan və ingilis dillərində hazırlanan, beynəlxalq təşkilatlara ünvanlanan hesabat Ermənistanda və onun hüdudlarından kənarda azərbaycanlılara qarşı uzun illər aparılan, etnik zəmində nifrəti təbliğ edən siyasətin yol açdığı insan hüquqları pozuntularını dünya ictimaiyyətinə çatdırmaq, bu nifrət əsaslı siyasətin qarşısının alınması istiqamətində tədbirlərin görülməsi ilə bağlı çağırış etmək məqsədi daşıyır.
Hesabatda qeyd olunur ki, yeni ərazi iddiaları, Ermənistanın siyasi elitasının uzun illərdir regiondakı başqa millətlərə qarşı formalaşdırdığı nifrət ideologiyası etnik təmizləmə və işğalçılıq siyasəti ilə müşayiət olunub. Davamlı olaraq tarixi faktları saxtalaşdıran ermənilərin azərbaycanlılara qarşı yürütdüyü nifrət və dözümsüzlüyü təşviq edən siyasəti nəticəsində tarixin müxtəlif dövrlərində soydaşlarımıza qarşı etnik təmizləmə, kütləvi qırğınlar və soyqırımı cinayətləri törədilib. Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini 30 ilə yaxın işğal altında saxlaması və 1 milyondan çox azərbaycanlının doğma yurdlarından didərgin salınması ermənilərin uzun illər etnik zəmində soydaşlarımıza qarşı apardığı nifrət siyasətinin nə qədər təhlükəli olduğunu göstərir. BMT, Avropa Şurası və digər müvafiq nüfuzlu beynəlxalq qurumların işğala son qoyulması ilə bağlı qəbul etdikləri sənədlərin tələblərinə baxmayaraq, Ermənistan beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizlik nümayiş etdirərək özünün işğalçılıq siyasətini davam etdirib, insan hüquqlarını kütləvi və kobud şəkildə pozub. Ermənistan tərəfindən törədilən müharibə cinayətlərinə və insan hüquqları pozuntularına vaxtında beynəlxalq hüquqi qiymətin verilməməsi bu kimi halların davam etməsinə şərait yaradıb.
Hesabatda, həmçinin Ermənistan siyasi rəhbərliyinin, ekstremist qrupların və onların xaricdə yaşayan havadarlarının dəstəyi ilə həm milli, həm də beynəlxalq səviyyədə uzun illər apardıqları anti-Azərbaycan siyasəti nəticəsində baş vermiş insan hüquqları pozuntuları barədə də ətraflı məlumat verilir.
Ombudsman Səbinə Əliyeva hazırlanan hesabatla bağlı AZƏRTAC-a müsahibəsində bildirib ki, 44 günlük Vətən müharibəsi dövründə və ondan sonra da Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması ilə müşayiət olunan siyasət, internet resurslarında insan hüquqlarına açıq hörmətsizlik davam etdirilir. Ombudsman təsisatı tərəfindən də bu cür cəhdlərə əsaslı faktlarla cavab verilir. “Apardığımız monitorinqlər, topladığımız faktoloji materiallar əsasında hazırladığımız son hesabat Ermənistanda və onun xaricində azərbaycanlılara qarşı aparılan, internet resurslarında etnik zəmində nifrəti təbliğ edən siyasətin yol açdığı insan hüquqları pozuntularını özündə əks etdirir”, - deyə ombudsman vurğulayıb.
Demokratik dəyərlərə, sosial sabitliyə və sülhə çox ciddi təhdid sayılan nifrət siyasətini, eləcə də Ermənistan siyasi rəhbərliyinin regionda başqa millətlərə qarşı formalaşdırdığı nifrət ideologiyasının etnik təmizləmə, soyqırımı və işğalçılıq siyasəti ilə müşayiət olmasını bu hesabat faktlarla sübuta yetirir.
Hesabatda Ermənistan tərəfinin və siyasi rəhbərliyinin irəli sürərək təbliğ etdiyi məlumatların əsassız olduğu ifşa edilir, həmçinin nifrət əsaslı siyasətin qarşısının alınması istiqamətində tədbirlərin görülməsi ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış olunur.