Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Türkiyə Azərbaycana -daha 13 MEMATT verəcək

Türkiyə Azərbaycana daha 13 MEMATT verəcək
Türkiyədən Azərbaycana daha beş ədəd MEMATT minatəmizləmə avadanlığı gətirilib. Bu ilin fevral ayında isə ilk olaraq 2 ədəd MEMATT (Mexanik Mina Təmizləmə Təchizatı) ölkəmizə çatdırılmışdı.
Yenixeber.org: Bu günə qədər Türkiyənin ASFAT şirkətindən ölkəmizə gətirilən mexaniki minatəmizləmə maşınlarının sayı 7-yə çatıb. Adıçəkilən şirkət imzalanmış müqaviləyə əsasən, Azərbaycana ümumilikdə 20 ədəd MEMATT ixrac edəcək.



Yeni alınan texnika və avadanlıqlar azad edilmiş ərazilərimizdə dislokasiya olunan Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin sərəncamına verilərək yaşayış məntəqələrimizin, əkin üçün yararlı olan ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərinə cəlb olunur.

Üstünlüklərinə gəlincə, 500 metr məsafədən idarə olunan MEMATT (Mexanik Mina Təmizləmə Təchizatı) saatda 4 km sürətlə hərəkət edir. Torpağın 25 sm dərinliyinə enərək təmizləmə işləri apara bilən bu texnika 1,7 metr eni, 1 km uzunluğu olan ərazini 1 saat ərzində minalardan təmizləmə qabiliyyətinə malikdir. Ümumi çəkisi 12 560 kq, uzunluğu isə 6600 mm-dən çoxdur. Dizellə işləyən MEMATT-ın yanacaq tutumu 290 litrdir.



Mexanika Mina Təmizləmə Təchizatı uzaqdan idarə olunan, zəncirvari və parçalayıcı aparatlardan istifadə edə bilən yüngül sinif avadanlıqdır. Bənzərsiz dizaynla hazırlanan avadanlıq, piyada əleyhinə minaları zərərsizləşdirmək üçün istifadə olunur. Texnika balistik zirehlə gücləndirilmiş gövdəsi və aparatı sayəsində hər cür ərazidə müvəffəqiyyətlə işləmə qabiliyyətinə sahibdir. MEMATT sahə performansı, sürətli hissənin dəyişdirilməsi və çoxsaylı aparatın istifadəsi baxımından bir çox üstünlüklərə malikdir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam