Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Rusiyalı səfir Fransa XİN-ə çağırıldı-SƏBƏB

 
 

Rusiyanın Parisdəki səfiri Aleksey Meşkov Fransa Xarici İşlər Nazirliyinə çağırılıb. 

Yenixeber.org: Buna səbəb Rusiyanın avropalı diplomatlara qarşı sanksiyalar tətbiq etməsi olub. Bundan başqa, Rusiyanın diplomatik nümayəndəliklərdə əməkdaşların sayını azaltması qərarından narahatlıq ifadə olunub.

Qeyd edək ki, rəsmi Moskva Avropa İttifaqının 8 vətəndaşına Rusiya ərazisinə giriş qadağası qoyub. Onların arasında Avropa Parlamentinin sədri David Sassoli, Avropa Komissiyasının Avropa dəyərləri və şəffaflıq məsələləri üzrə vitse-prezidenti Vera Yurova da var. Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, bu addım Aİ Şurası tərəfindən 6 Rusiya vətəndaşına qarşı tətbiq olunan məhdudlaşdırıcı tədbirlərə cavab olaraq atılıb.(“RİA Novosti”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam