Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Suqovuşanda kommunikasiya xətləri boyunca 2500 mina tapılıb -VİDEO

Suqovuşanda kommunikasiya xətləri boyunca 2500 mina tapılıb - VİDEO

Suqovuşan istiqamətində kommunikasiya xətlərinin yerləşdiyi ərazilərdə bu günə qədər 2 500 ədəd müxtəlif tipli minalar tapılaraq zərərsizləşdirilib.

Yenixeber.org: Bunu Suqovuşana mediatur zamanı minaların zərərsizləşdirilməsini müşahidə edən jurnalistlərə Minatəmizləmə Agentliyinin əməkdaşı Şahin Allahverdiyev məlumat verib.

Ş.Allahverdiyev bildirib ki, Suqovuşana mediatur zamanı zamanı, 3 ədəd TM 62 və 49 ədəd piyada əleyhinə mina partladılaraq zərərsizləşdirilib: "Zərərsizləşdirilən minalar Suqovuşan istiqamətində aparılan təmizlənmə əməliyyatı zamanı tapılan minaların cüzi bir hissəsidir. İlkin olaraq kommunikasiya xəttlərinin keçdiyi ərazilərin təmizlənməsi işləri həyata keçirilir. “Suqovuşan 001” mina sahəsi artıq tərəfimizdən təmizlənərək istifadəyə verilib. “Azəryol” həmin ərazidə yolların çəkilməsini başa çatdırıb.Gördüyünüz kimi, artıq ərazidə hərəkətlilik var. Bundan başqa “Azərenerji”, “Azərişıq” və “Azərsu” Meliorasiya və Su Təsərrüfatı ASC üçün də sahənin təmizlənməsi əməliyyatları davam etdirilir".

Minatəmizləmə Agentliyinin əməkdaşı əlavə edib ki, minalanmış ərazilərin təmizlənməsinin qarşısını almaq və ya çətinləşdsirmək üçün, ermənilər müxtəlif aldadıcı vasitələrdən istifadə ediblər: "Talış, Suqovuşan ərazilərində minatəmizləmə əməliyyatlarının aparıldığı zaman, bu istiqamətdə ermənilərin müxtəlif təyinatlı minalar döşəyiblər. Ərazidən külli miqdarda piyada və tank əleyhinə, eyni zamanda digər partlamamış hərbi sursatlar aşkar olunur. Ərazinin həddindən artıq metalla çirkli olması səbəbindən minaların tapılmasında çətinliklərimiz daha çox olur. Ermənilərin basdırdıqları 15 xətti artıq keçmişik. Burada xüsusi bir bariyer formasında, xəttlərin aralıq hissələrinə çəkilmiş Ohanyan xətti də var" - o, bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam