Redaktor seçimi
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
QARALOV VƏ USUBOVUN “YARIGİZLİ” HƏYATI... -
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Günün xəbəri

Ötən ay -463 ədəd partlamamış hərbi sursat tapılıb

 
Bu il yanvar ayı ərzində Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) tərəfindən Ağdam, Ağcabədi, Ağstafa, Bərdə, Cəbrayıl, Füzuli, Göygöl, Qaradağ, Qazax, Sabirabad, Tovuz, Tərtər, Xızı rayonları və Bakı, Gəncə, Sumqayıt şəhərləri ərazisində 1 230 079 m² (123 ha) ərazi yoxlanılıb, 463 ədəd partlamamış hərbi sursat (PHS), 5 ədəd piyada əleyhinə, 2 ədəd tank əleyhinə mina (cəmi 470 ədəd) və 3 937 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək zərərsizləşdirilib.
Yenixeber.org: ANAMA-dan saytımıza verilən məlumata görə, əməliyyatlarda 458 nəfər əməliyyat heyəti, 125 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edib.

Yanvar ayı ərzində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən - 4 (dörd), Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən - 15 (on beş), Dövlət Sərhəd Xidmətindən (DSX) - 5 (beş) və Rayon Polis şöbələrindən (RPŞ) - 1 (bir) müraciət daxil olub (cəmi: 25 çağırış).

Müraciətlər əsasında DİN-in, FHN-in, Səhiyyə Nazirliyinin və DSX-nin əməkdaşları ilə birlikdə 21 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub. Nəticədə Ağcabədi, Ağstafa, Füzuli, Göygöl, Xızı, Qazax, Qaradağ, Sabirabad, Tovuz rayonları, Bakı, Gəncə və Sumqayıt şəhərləri ərazisində 22 236 m² ərazi yoxlanılmış, 50 ədəd partlamamış hərbi sursat (PHS), 3 ədəd piyada əleyhinə mina, 1 ədəd tank əleyhinə mina (cəmi: 54 ədəd) və 3 937 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.

Ümumiyyətlə, Agentliyin 21 ildən artıq fəaliyyəti ərzində 542 459 167 m² (54 246 ha) ərazi təmizlənib, 806 326 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.

2020-ci ilin yanvar ayı ərzində Qaradağ rayonu ərazisində mina hadisəsi qeydə alınıb, nəticədə 1 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam