Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Göyçayda əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

                Göyçay rayonunda korrupsiya faktı aşkar edilib, saxlanılanlar var.

Yenixeber.org: Göyçay Rayon İcra Hakimiyyətinin Qarabaqqal kəndi üzrə icra nümayəndəsi Qurban Kərimov və Qarabaqqal bələdiyyəsinin sədri Ramin Nəbiyev Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onların Qarabaqqal kəndi ərazisində qanunsuz torpaq alqı-satqısı və külli miqdarda pul vəsaiti müqabilində qanunsuz sənədləşmə işlərinin aparılmasında iştirakda şübhəli bilinərək saxlanıldığı bildirilir.

Kənd icra nümayəndəsi və bələdiyyə sədrinin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılması xəbərini rayon İcra Hakimiyyətindən təsdiqləyiblər.

Faktla bağlı araşdırma aparılır.(apa)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam