Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Erməni blogger -ölən əsgərlərin adlarının gizlədilməsindən danışdı

Erməni blogger ölən əsgərlərin adlarının gizlədilməsindən danışdı
Tanınmış erməni blogger Alen Gulyan dünən İkinci Qarabağ müharibəsində öldürülmüş 193 hərbçinin adının açıqlanmasını tənqid edib.
Yenixeber.org: O, hələ də ölən döyüşçülərin müəmmalı şəkildə adlarının gizlin saxlanmasından gileylənib:

"Siyahıda Xocavənddən çox yaxından tanıdığım könüllü döyüşçülərin də adı vardı ki, onların cəsədləri tanınan halda olmuşdu. Yəni heç bir DNT müayinəsi təyin edilməmişdi. Adları da itkin düşənlərin siyahılarına düşməmişdi. Həmin adamların bəziləri Xocavənd qəbiristanlığında, digərləri isə Yerablur hərbi panteonunda basdırılıb. Yeri gəlmişkən, bu yaxınlarda Arayik Arutyunyan bu siyahıda olanlardan birinin yaxınlarına medal da təqdim etdi. Siyahıda hətta qohumumun adını da oxudum və o noyabrın 3-də ölmüşdü. Cəsəd tanınmışdı və DNT testinə ehtiyac da olmadı. Onun cəsədi də İrəvana gətirilərək Yerablurda basdırılıb. Müdafiə Nazirliyi, bu problemi nə vaxt həll edəcəksiniz? Nə üçün ölənlərin adlarını onlar basdırılandan 5-6 ay sonra yayımlayırsınız? Sizdə hələ neçə gizli saxlanılmış ad qalıb? Sonda bütün bunlara görə kimsə cavabdeh olacaq, ya yox?", - deyə erməni blogger üsyan edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam