Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Texniki baxışla bağlı “Qaynar xətt” yaradıldı -Sürücülərə müraciət

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi avtomobil sahiblərinə və sürücülərə idarə etdikləri nəqliyyat vasitələrinin texniki baxışdan keçməsi ilə əlaqədar müraciət edib.
Yenixeber.org: İdarənin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, nəqliyyat vasitələrinin texniki baxışdan keçməsi ilə əlaqədar sürücüləri maraqlandıran məsələlərin daha dəqiq və operativ öyrənilməsi üçün "012-511-08-40" nömrəli "qaynar xətt" yaradılıb: “Qaynar xətt” saat 08:00-dan 18:00-dək sürücülərin və avtomobil sahiblərinin ixtiyarındadır. 
Məqsəd sürücülərə idarə etdikləri nəqliyyat vasitələri, onların texniki baxışdan keçməsi müddətinin vaxtı, ödənilməyən cərimə borclarının olub-olmaması və sairə məsələlər barədə məlumatların vaxtında verilməsi ilə bağlıdır.
Nəqliyyat vasitələrini texniki baxışa təqdim edəcək sürücü və ya sahiblərdən xahiş olunur ki, cərimələrin ödənilməsini təmin etdikdən sonra müraciət etsinlər. 
Bakı şəhəri üzrə 2 ərazidə avtomobillərin diaqnostika mərkəzləri yerləşir. Bunlardan biri Bakı-Zabrat-Maştağa yolunun 1-ci kilometrliyində yerləşən Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Diaqnostika Mərkəzidir, digəri isə Qaradağ rayonu, "Sədərək" ticarət mərkəzinin yanında fəaliyyət göstərir.
Sürücülər bu məntəqələrdə şənbə-bazar günləri də daxil olmaqla saat 08:00-dan 18:00-dək nəqliyyat vasitələrini təqdim edə bilərlər".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam