Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Yaponiyanın Baş naziri bu gün ABŞ-a gedir-Baydenlə görüşmək üçün

 

Yaponiyanın Baş naziri Yoşihide Suqa ABŞ Prezidenti Co Baydenlə görüşmək üçün aprelin 15-də axşam saatlarında Vaşinqtona səfərə yola düşəcək.

Yenixeber.org: Yaponiya Xarici İşlər Nazirliyi xəbər verir ki, bu, Y.Suqanın ötən ilin sentyabrında Baş nazir seçildikdən sonra ABŞ-a ilk rəsmi səfəri olacaq. Eyni zamanda, Y,Suqa Co Baydenin cari ilin yanvarında ABŞ Prezidenti kimi vəzifəsinin icrasına başladıqdan sonra onunla görüşən ilk əcnəbi lider olacaq.

Bildirilir ki, aprelin 16-da Ağ Evdə keçiriləcək sammitdə Y.Suqa liderlər arasında şəxsi etibarı artırmaq və Yaponiyanın təhlükəsizliyi üçün mühüm əhəmiyyətə malik olan iki ölkə arasında ittifaqı təsdiq etmək niyyətindədir.

Baş nazirin, həmçinin Co Baydenlə açıq və azad Hind-Sakit okean regionunun formalaşması üçün birgə fəaliyyəti müzakirə edəcəyi qeyd edilir.

İki liderin qarşılıqlı təhlükəsizlik və regionda sabitliyin qorunması istiqamətində müzakirələr aparacağı da bildirilir.

Y.Suqanın “Tokio-2020” Yay Olimpiya və Paralimpiya Oyunlarının uğurlu təşkili ilə əlaqədar ABŞ-la əməkdaşlığa can atacağı da qeyd edilir.

Yaponiyanın Xarici İşlər Nazirliyi bəyan edib ki, koronovirus pandemiyası ilə əlaqədar Yaponiya Baş nazirini müşayiət edəcək heyətin tərkibi minimuma endirilib. Baş naziri cəmi 80 nəfərin müşayiət edəcəyi bildirilir. Y.Suqanın xanımının da bu səfərə qatılmayacağı qeyd edilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam