Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Zəfər muzeyinin yaradılması ilə bağlı işlər necə gedir? -RƏSMİ

Zəfər muzeyinin yaradılması ilə bağlı işlər necə gedir? -  RƏSMİ
Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində yaradılması nəzərdə tutulan Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin layihələndirilməsi ilə bağlı təkliflər müvafiq qaydada təqdim olunub. Yekun qərar veriləndən və layihə təsdiqlənəndən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.
Yenixeber.org: Bu barədə açıqlamasında Mədəniyyət Nazirliyinin Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin aparıcı məsləhətçisi Mirkamran Mahmudov deyib. O bildirib ki, Zəfər muzeyi ilə bağlı Nazirliyə bir çox yerli memarlar təkliflərini göndərib.

“Onlara baxılıb, gələcəkdə ehtiyac olduğu təqdirdə təkliflərinə yenidən baxılacaq və dəyəndiriləcək. Ümumiyyətlə, Nazirlik həm Zəfər muzeyi, həm də işğaldan azad olunan torpaqlarda mədəniyyət sahəsində görüləcək işlərlə bağlı yerli və xarici mütəxəssislərlə sıx əlaqədədir".

M.Mahmudov qeyd edib ki, Mədəniyyət Nazirliyi tərəfindən Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi fondunun təşkili üçün lazımi materialların toplanılması işi də davam etdirilir.

"Vətəndaşlar döyüşlərdə qəhrəmancasına mübarizə aparan şəhidlərimizə məxsus əşyaların təhvil verilməsində fəal iştirak edir və müvafiq materialları Nazirliyin ictimaiyyətə müraciətinə uyğun olaraq Azərbaycan İstiqlal Muzeyinə təqdim edirlər. Bununla bağlı regionlardan müraciətlərin çox olduğunu xüsusilə vurğulamalıyıq.

Eyni zamanda bildiririk ki, Müdafiə Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Minatəmizləmə Agentliyi və digər dövlət qurumları muzeyin fondu üçün materiallar təhvil verib. Buna nümunə olaraq qeyd edə bilərik ki, Müdafiə Sənayesi Nazirliyi Azərbaycanın istehsalı olan yeni “İti qovan” PUA-sının maketini muzeyə təqdim edib. Vətən müharibəsi zamanı Azərbaycanın dinc əhalisinə qarşı düşmən tərəfindən istifadə edilən müxtəlif növ silahlar və mərmilərin qalıqları da toplanılan materiallar sırasında mövcuddur.

Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinə təqdim olunan əşyaların dəqiq sayını hazırda söyləmək mümkün olmasa da, təxminən 1500-dən çox olduğunu deyə bilərik. Hazırda bu istiqamətdə işlər davam etdirilir".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam