Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

DİN: Koronaviruslu xəstələr dərmanların alınması üçün polisə müraciət edə bilər -VİDEO

 

“İctimai yerlərdə aşkarlanan koronaviruslu xəstələrin səsləndirdiyi iddialar öz əməllərinə bəraət qazandırmaqdan başqa bir şey deyil”. 

Yenixeber.org: Bunu “ARB 24”ün “İşgüzar səhər” verilişinə açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib. 

O bildirib ki, virusa yoluxan şəxslərin dərman, ərzaq və s. kimi zəruri ehtiyaclarının ödənilməsi ilə bağlı sosial xidmətlər mövcuddur:

“Koronavirusa yoluxmuş, xüsusilə tənha yaşayan şəxslərin gündəlik zəruri ehtiyaclarının təmin edilməsi ilə bağlı müvafiq sosial xidmətlər var. Koronaviruslu xəstələr sahə həkimləri ilə əlaqə saxlaya bilməsələr, ərazidə xidmət aparan polis əməkdaşına müraciət edə bilərlər. Polis də aidiyyəti üzrə həmin ünvana sahə həkiminin göndərilməsini təmin edər. Bu işlər o qədər əhatəli şəkildə qurulub ki, kiminsə əsassız bəhanə gətirərək ictimai yerə çıxmasına səbəb yoxdur. Bununla bağlı səsləndirilən bəhanələr öz əməllərinə bəraət qazandırmaqdan başqa bir şey deyil”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam