Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"COVID-19 pasportu" -Dünya yeni mərhələyə keçir

 

Koronavirus pandemiyası özü ilə bir sıra problemlər gətirməklə insanları yeni reallıqlara uyğunlaşmağa da məcbur edib.

Yenixeber.org: Dünya ölkələri gələcəkdə şəxsiyyət vəsiqəsi ilə yanaşı vacib sənədlər arasında "COVİD-19 pasportları"nın olmasını da nəzərdən keçirirlər. Bu cür təcrübə bir sıra ölkələrdə artıq tətbiq olunmaqdadır.

Trend-in məlumatına görə, Böyük Britaniyanın İdman naziri Naycl Hadiston deyib ki, əgər gələcəkdə yenidən normal həyata qayıtmaq, ticarət mərkəzləri, stadion, kinoteatr, idman zalları və bütün iş yerlərinin normal işləməsini istəyiriksə, mütləq şəkildə peyvənd olunmalıyıq:

"İnsanların bir arada toplaşmağını istəyiriksə, o zaman koronavirusu yayma riskimizin olmadığını sübut etməliyik. Bunu isə "COVİD-19 pasportu" ilə etmək mümkün olacaq".

Bir qrup mütəxəssislər düşünürlər ki, "COVİD-19 pasportu"nda xəstəliyin keçirilməsi, yaxud COVİD-19 testləri, peyvənd olunma barədə məlumatlar yer almalıdır. Bəziləri isə burada vaksin olunan şəxs barədə məlumatın olmasını da təklif edirlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam