Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Hava -yağmursuz keçəcək

 
Azərbaycanda bu günə gözlənilən hava proqnozu açıqlanıb.
Yenixeber.org: Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 8-11 dərəcə, gündüz 15-19 dərəcə isti olacaq. Bakıda gecə 8-11 dərəcə, gündüz 17-19 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 5-10 dərəcə, gündüz 17-22 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə isti, yüksək dağlıq ərazilərdə 0-4 dərəcə şaxta, gündüz 7-12 dərəcə, bəzi yerlərdə 15-20 dərəcə isti olacaq.

Aprelin 5-də gün ərzində Bakıda və Abşeron yarımadasında cənub küləyinin arabir 15-18 m/s-dək güclənəcəyi gözlənilir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam