Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Ermənistanla bağlı beynəlxalq təşkilatlara 15 müraciət ünvanlanıb-AÇIQLAMA

2020-ci il sentyabrın 27-dən başlayaraq, Ermənistanın Azərbaycan ərazisində mülki əhalini və müxtəlif təyinatlı obyektləri hədəfə alan hücumları ilə əlaqədar ombudsman tərəfindən beynəlxalq təşkilatlara ümumilikdə 7 hesabat, 8 bəyanat, videomüraciətlər də daxil olmaqla 15 müraciət ünvanlanıb.
 Yenixeber.org: Bunu Azərbaycan Ombudsmanı Səbinə Əliyeva Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) illik məruzəsini təqdim edərkən deyib.

Ombudsman bildirib ki, o, 44 günlük müharibə dövründə erməni təcavüzünə məruz qalmış bölgələrə mütəmadi səfər edib, həlak olmuş şəxslərin yaxınları, habelə yaralanmış və zərərçəkmiş sakinlərlə görüşüb.

"Eləcə də ombudsman tərəfindən dağıdılmış yaşayış evlərinə və digər infrastruktur obyektlərinə baxış keçirilib, vətəndaşların dağıntılar nəticəsində yaranmış cari problemlərinin yerində həll edilməsi məqsədilə yerli icra orqanları ilə məsləhətləşmələr aparılıb. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində əsir düşmüş Azərbaycan hərbi qulluqçularına münasibətdə beynəlxalq hüquq normalarının və humanitar hüquq qaydalarının kobud şəkildə pozulması, onların işgəncələrə, alçaldıcı rəftara məruz qalması, həmçinin digər faktlarla bağlı ombudsman tərəfindən beynəlxalq təşkilatlara müraciətlər ünvanlanıb".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam