Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bağçalarla bağlı qərarı bu qurumlar verəcək - RƏSMİ

 

“Təhsil Nazirliyi Kollegiyasının qərarı ilə bəzi regionlarda tədrisin forması dəyişdirilib. Təhlillər göstərdi ki, yoluxmanın 80 faizi bu regionlara- Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonuna təsadüf edir. Həmin ərazilərdə təhsil mövcud formadan distant formaya keçirilir. Bununla bağlı yaranan həyəcanı başa düşürük, lakin bu, mövcud vəziyyətdə ən optimal çıxış yolu idi”.

Yenixeber.org: Bu barədə Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu bildirib.

O qeyd edib ki, kollegiyanın bugünkü qərarı ümumi təhsil müəssisələrini əhatə edir:

“Ali təhsil müəssisələrində tədris distant formada davam etdirilirdi. Məktəbəqədər təhsil müəssisələri isə yerli icra hakimiyyətlərinə aiddir. Onlar vəziyyəti təhlil edib müvafiq qərar qəbul edəcəklər”.

V. Yaqublu əlavə edib ki, məktəblərdə onlayn dərslərə nəzarət məktəb rəhbərliyi tərəfindən həyata keçirilir. Onun sözlərinə görə, virtual məktəbin funksionallığının artması imkan verir ki, nazirlik mərkəzləşmiş qaydada tədris prosesinə qoşularaq nəzarət etsin.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam